Goranboyda yolu keçən qadını maşın vurdu


Digərləri 19 Dek 2018 14:56:14 622 0

Goranboyda yolu keçən qadını maşın vurdu

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini Nüvər Məmmədovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.