Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq


Digərləri 19 Dek 2018 14:49:00 416 0

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq

Bakı şəhərinin Umbakı qəsəbəsində yeni həbsxana, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleks salınır.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alıb.

Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.