Nazir: "Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb"


Digərləri 19 Dek 2018 13:20:15 655 0

Nazir: "Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb"

Son 10 il ərzində Azərbaycanda minimal əməkhaqqı 5,2 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hesabat dövründə ölkədə 2 milyondan çox iş yeri açılıb: "Bunlardan 1,6 milyonu daimi iş yeridir, nominal əməkhaqqı isə 6,6 dəfə artıb".