Dekabrın 21-dək hava şəraiti qeyri-sabit keçəcək


Digərləri 19 Dek 2018 13:11:00 576 0

Dekabrın 21-dək hava şəraiti qeyri-sabit keçəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.