Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcək (FOTO)


Digərləri 19 Dek 2018 10:39:00 608 1

Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcək (FOTO)

Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası bu ilin 22-30 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunacaq təlim-məşq düşərgəsində iştirak edəcək.

Bakı. Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası bu ilin 22-30 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunacaq təlim-məşq düşərgəsində iştirak edəcək. Federasiyadan Trend-ə verilən məlumata görə, nüfuzlu “Teos Marina Yelkən Klubu”nun dəvətilə təlim-məşq düşərgəsinə məşhur Türk Yelkən Klubları da qatılacaq. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış olacaq. Qeyd edək ki, təlim-məşq düşərgəsində milli yığmamızın yelkənçiləri ilə yanaşı Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdirəcəklər.