PAŞA Bank “Global Finance” tərəfindən 3-cü dəfə "Ən yaxşı Private Bank" adına layiq görüldü


Digərləri 19 Dek 2018 10:02:08 563 0

PAŞA Bank “Global Finance” tərəfindən 3-cü dəfə "Ən yaxşı Private Bank" adına layiq görüldü

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank hər il yenilikçi inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edərək müxtəlif nüfuzlu mükafatlarla təltif olunur.

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank hər il yenilikçi inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edərək müxtəlif nüfuzlu mükafatlarla təltif olunur. Bu il artıq üçüncü dəfədir ki, Bank “Global Finance” jurnalı "Ən yaxşı Private Bank" mükafatına layiq görülüb. Mükafat "Global Finance" biznes jurnalı tərəfindən təsis edilib. Bu mükafat PAŞA Bankı ilə yanaşı, Societe Generale, Raiffeisen Bank, City Private Bank və digər nüfuzlu beynəlxalq maliyyə institutlarına verilmişdir. Mükafatın təqdimat mərasimi 2019-cu ilin fevral ayında Nyu Yorkda Harvard Klubunda keçiriləcək.