Əfsanəvi Simpsonlar 30 yaşını qeyd edir


Digərləri 19 Dek 2018 09:49:00 394 0

Əfsanəvi Simpsonlar 30 yaşını qeyd edir

Simpson obrazı qocalmaya bilər, ancaq bu cizgi serialı artıq 30-cu yaşını qeyd edir.

Dördüncü onilliyinə başlayan cizgi serialı uzunömürlüyünü qeyd etmək üçün dekabrın 17-si, bazar ertəsi günü Nyu-Yorkun ikonik binası olan Empire State binası Simpsonsun sarı rənginə boyanıb. Empire State binasında keçirilən mərasimi daha da maraqlı etmək üçün cizgi serialının yaradıcıları, obrazları səsləndirən insanlar və kostyum geyinmiş obrazların özü Manhetten küçələrini Spriqfildin bir peykinə çeviriblər.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, televiziya tarixinin ən uzun müddətli skript şousu olan Simpsonlar bu yaxınlarda 600-ci epizodunu qeyd edib.

Bart Simpson obrazını səsləndirən Nensi Kartrayt bildirib ki, cizgi serialının yazarlarının hal-hazırda baş verənlərlə ayaqlaşa bilməsi serialın aktuallığını qoruyur.

"Bilirsiz, məncə, serialın yazıçılarının hazırkı dövrlə ayaqlaşması möhtəşəmdir. Çünki bir seriyanın çəkilməsi səkkiz ay çəkir. Ancaq media hadisələri gündəmdə saxlayır. Buna görə insana elə gəlir ki, sanki indicə baş verir. Bu sadəcə fantastik illuziyadı və bizim xeyrimizədir", - Nensi Kartrayt bildirib.