“Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib (FOTO)


Digərləri 19 Dek 2018 07:43:28 430 0

“Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib (FOTO)

Flame Towers – Park Cinema IMAX-da “Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib.

Bakı. Flame Towers – Park Cinema IMAX-da “Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib. Təşkilatçılardan Trend-ə verilən məlumata görə, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, “Caspian Events Group” tərəfindən təşkil olunan "Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib. Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırıldılar. Qaliblər sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən müəyyənləşiblər.