Goranboyda piyadanı maşın vuraraq öldürüb,


Digərləri 18 Dek 2018 23:57:00 475 0

Goranboyda piyadanı maşın vuraraq öldürüb,

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisə zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa olunub.


Xəbərə aid fotolar