"Mən İsa Məsihə ərə getmişəm":


Digərləri 18 Dek 2018 23:25:00 771 0

"Mən İsa Məsihə ərə getmişəm":

Jessica Hayes özünə gəlinlik libası, duvaq və üzük alıb. Lakin təntənəli mərasim zamanı qurbangahda yepiskopun qarşısında dayanan zaman onun yanında bəy olmayıb.

O, İsa Məsihə ərə gedirdi. 41 yaşlı Jessica özünü müqəddəs bakirə adlandırır. Bu, katolisizmdə həyatlarını Məsihin gəlini olaraq Allaha həsr etmək istəyən qadınlar tərəfindən qəbul edilən bir vəddir.

Hətta katolik kilsəsində belə müqəddəs bakirələr barədə çox az adam bilir. O cümlədən özünü bu cür Allaha həsr edilməsinə kilsə tərəfindən rəsmən təqribən 50 il əvvəl icazə verilib.

Mərasim zamanı gəlin kimi ağ libas geyinən müqəddəs namizəd bakirəyiliyini qoruyacağı, cinsi və romantik münasibətlərə girməyəcəyi barədə vəd verir.

Qadın həmçinin məsihçi olmasının əlaməti olaraq nişan üzüyü taxır.

"Məndən tez-tez soruşurlar ki, sən belə ərə getmisən? Adətən qısa şəkildə izah edirəm ki, mən demək olar ki rahibəyəm və özümü Məsihə həsr etmişəm, lakin bununla yanaşı dünyada yaşayıram", - Jessica Hayes izah edir.

Nişan üzüyü müqəddəs bakirələr üçün onların Məsihlə mistik birləşməsinin rəmzidir

Amerikanın Bakirə Qızlar Assosiasiyasının məlumatına görə, Jessica ABŞ-da yaşayan 254 "Məsih gəlinlərdən" biridir. Assosiasiyanın üzvləri arasında dayə, psixoloq, yanğısöndürən, mühasib və hətta bizneslə məşğul olan var.

2015-ci ildə aparılan tədqiqata görə, dünyada 4 minə yaxın müqəddəs bakirə var. Vatikanda deyilənlərə görə, dünyanın müxtəlif coğrafi və mədəni ərazilərində bu cür xidmətə maraq artıb.

2020-ci ilə qədər onların sayının 5 minə çatacağı gözlənilir. Rahibələrdən fərqli olaraq müqəddəs bakirələr qapalı icmalarda yaşamırlar və xüsusi geyimdə olmurlar. Onlar dünyəvi həyat tərzi sürür, işləyirlər və özlərini təmin edirlər. Kişilər üçün katoliklikdə analoji xidmət mövcud deyil.

"Mən 18 ildir müəllimə işləyirəm. Mən təhsil aldığım köhnə məktəbdə dərs deyirəm", - deyə İndiana ştatının Fort Wayne şəhərində yaşayan Jessica deyir.

"Özümü bu cür xidmətə həsr edənə qədər anladım ki, rahibələrin həyat tərzi - dini icma və ya apostol missiyası mənə görə deyil", -deyə Jessica izah edir.

İthaf mərasiminin ən əhəmiyyətli anı uzanan bakirənin qurbangah qarşısında səcdə etməsidir

Jessica dərslə məşğul olmayan zaman vaxtının çox hissəsini dua etməklə keçirir. O, yepiskop qarşısında hesabat verir və mütəmadi olaraq mənəvi müəllimləriylə görüşür.

"Mən yaxınlıqda yaşayıram, evimin iki addımlığında yerləşən kilsəyə aidəm və yaxınlarıma, dostlarıma kömək etməyə həmişə hazıram. Bundan başqa, dərs dediyimə görə bütün günü ətrafımda insanlar var. Lakin buna baxmayaraq özümü Allaha həsr etmək üçün vaxt tapıram".

Əvəllər Jessica-nın romantik münasibətləri olub. Lakin onun sözlərinə görə, bu münasibətlər onu heç vaxt ozünə tam bağlamayıb.

"Bir vaxtlar fikirləşirdim ki, mənim həyat məqsədim evlilikdir, axı bu insan üçün təbii arzudur. Ona görə də görüşürdüm, lakin bu heç vaxt ciddi olmayıb".

Ömür boyu ithaf

İlk xristianlıq dövründən başlayaraq bakirəlik kilsə həyatının vacib ünsürlərindən olub. Bizim eranın ilk 3 əsrində bakirəlik vədi verən qadınların çoxu kilsə tərəfindən təqdir edilən şəhidlik seçimi həyatları bahasına başa gəlib.

Müqəddəs Aqnes Roma məmurunun oğlunun nikah təklifini rədd edərək Məsih uğrunda nikahsızlıq vədi verir

Onların arasında bakirəliyini qoruyan və həyatını Allaha həsr etmək barədə vədinə görə öldürülən romalı müqəddəs Aqnes də var.

Əsrin ortalarında rahibə həyatının məşhurlaşması, Allah adına dünyəvi subaylıq təcrübəsi azalmağa başladı.

Və yalnız 1971-ci ildə, Vatikan müqəddəs bakirəlik barədə sənədi qəbul etdikdən sonra canlanmağa başladı. Və bunun ardınca Müqəddəs kilsə daxilində qadın bakirəliyinin könüllü formasını qəbul etdi.

Jessica deyir ki, mənəvi müəlliminə rast gəlməyənə qədər müqəddəs bakirə olmaq barədə heç vaxt düşünməyib.