Oğru 2,5 milyon manatlıq zinət əşyasını uddu


Digərləri 18 Dek 2018 23:13:00 520 0

Oğru 2,5 milyon manatlıq zinət əşyasını uddu

Çində oğru oğurladığı boyunbağını gizlətmək üçün 2,5 milyon manatlıq zinət əşyasını udub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə Czeyan şəhərində baş verib. 49 yaşlı Xou və onun 24 yaşlı ortağı Cjou zərgərlik mağazasına girərək 2,5 milyon manatlıq boyunbağı ilə maraqlanıblar.

Oğrulardan biri boyunbağıya açıq havada gün işığı altında baxmaq istədiyini deyib. Onun ortağı isə mağazada qalıb.

Kişi qapıdan çıxan kimi qaçmağa başlayıb. Mağaza əməkdaşları dərhal polis çağırıb. Onlar Cjounu həbs ediblər. Kamera görüntülərinə baxaraq digər cinayətkarın axtarışına çıxıblar.