İl ərzində 4 mindən çox insan miqrasiya zamanı ölüb


Dünya 18 Dek 2018 23:18:00 352 0

İl ərzində 4 mindən çox insan miqrasiya zamanı ölüb

2018-ci ilin əvvəlindən 4476 miqrant və ya qaçqın yolda vəfat edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatı məlumat yayıb.

Ötən il ərzində ən çox miqrant Aralıq dənizində ölüb. Bu dənizdə ümumilikdə 2217 nəfər ölüb.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, hər il yüz minlərlə insan əlverişsiz iqtisadi şərtlər, təbii fəlakətlər, siyasi təzyiq, zorakılıq və münaqişələr nəticəsində öz ölkəsini tərk edir.