Fitnəkarların məkrli planını ifşa edən ayə


Digərləri 18 Dek 2018 22:15:00 665 0

Fitnəkarların məkrli planını ifşa edən ayə

"Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: "İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)"". ("Ali-İmran" 73).

Bu ayə yəhudi alimləri haqqında nazil olmuşdur. Belə ki, yəhudi alimlərindən 12 nəfəri müsəlmanların arasında fitnə yaymaq üçün qərara alırlar ki, sübh çağı Həzrət Peyğəmbərin (s) xidmətinə gəlib, iman gətirdiklərini elan etsinlər. Ancaq axşam olan kimi öz dinlərinə qayıtsınlar və desinlər: "Biz Muhəmmədin (s) dinini gördük və ancaq İncil və Tövratda deyilənlərə uyğun gəlmir". Onlar bu yolla həm öz dindaşlarının şübhələrini aradan qaldırmış olacaq, həm də müsəlmanların arasına fitnə toxumları səpəcəkdilər.

Allah Təala bu ayəni nazil edərək, onların xəbis planlarının üstünü açır. İmam Sadiq (ə) buyurur: "O zaman ki, Peyğəmbər (s) zöhr namazında qibləsini Beytul-müqəddəsdən Kəbəyə tərəf çevirir, yəhudilər dedilər: "O şeyə ki, günün əvvəlində idi, iman gətirin. Ancaq o şey ki, günün sonunda oldu, küfr edin ki, onlar öz qiblələrindən geri dönsünlər və Beytul-müqəddəsə tərəf namaz qılsınlar"".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayədən çıxartdığımız nəticələr:

1. Düşmənlər müsəlmanları yolundan azdırmaq üçün həmişə plan qururlar.

2. Onlar müsəlman adı ilə bizim cərgələrimizə daxil olur və arxadan xəncər vururlar.