Pul, karyera, sevgi: Bürcləri 2019cu ildə nə gözləyir?


Digərləri 18 Dek 2018 21:26:00 707 0

Pul, karyera, sevgi: Bürcləri 2019cu ildə nə gözləyir?

Hər bir şəxs gələcəkdə onu hansı hadisələrin gözlədiyini bilmək istəyir. Gələcək taleyini öyrənmək üçün falçılara, ekstrasenslərə üz tuturlar. Təcrübə onu göstərir ki, gələcəyi təxmin etmək üçün əlverişli üsul astroloji proqnozlardır.

Son.az oxu.az-a istinadən bildirir ki, astroloq Səbuhi Rəhimli 2019-cu ilin astroloji proqnozlarından danışıb.

Qoç

Qarşınızda elə bir il durub ki, malik olacağınız enerji ilə dağı dağ üstünə qoya biləcəksiniz. Bu istiqamətdə etibarlı dostlarınızın köməyini daha yaxından duyacaqsınız. Amma hər şeydən əvvəl buraxdığınız səhvlərdən nəticə çıxarmağı, günahlarınızı etiraf etməyi bacarmalısınız. 

Astroloji göstəricilər maddi durumunuzun ilin ilk yarısında daha qənaətbəxş olacağını bildirməkdədir. Tez-tez iş yerini (və ya iş üslubunu) dəyişəcəyiniz də gözlənilir. Hər halda nə baş versə də, karyeranızın yüksəlişinə xidmət edəcək. Peşənizdən asılı olaraq, bu il məşhurlaşmaq, nüfuz qazanmaq imkanınız da olacaq. 

Yeni tərəfdaşlarınız sizi mövcud sıxıntılardan çıxaracaqlar. İl ərzində diş, bel və daxili orqanların nasazlığına əncam çəkin. Ulduzlar məhəbbət müstəvisində azacıq passivləşəcəyinizi bildirir.

Buğa

İlin elə ilk aylarında fəaliyyətinizlə bağlı böyük dönüş əldə edəcəyiniz gözlənilir. Düzdür, maddi gəlir sizin üçün qənaətbəxş olmayacaq, lakin lazımi zirvələrə yetişmək, nüfuz qazanmaq baxımından kifayət qədər səmərəli olacaq. İnsanlara obyektiv nəzərlərlə baxın ki, haqqı nahaqqa qurban verməyəsiniz. 

Əmin olun ki, hər ədalətli qərar və addımınız beş qat artıqlaması ilə qarşınıza çıxacaq. Unutmamalısınız ki, Qaban işgüzarlığı, səmimiyyəti və ədaləti sevir. Şəxsi büdcənizin durumu ilin ikinci yarısında sizi qane edəcək. 

Bu isə öz-özlüyündə əksər sahələrdə sizi problemsiz qoyacaq. Payıza doğru şəxsi həyatınızda, xüsusən də ailə-sevgi münasibətlərində uğurlu gedişlər etməyi bacaracaqsınız. Qan təzyiqini və oynaqlardakı ağrıları nəzərə almasaq, il boyu gümrah olacaqsınız.

Əkizlər

2019-cu ildə dərk edəcəksiniz ki, siz heç də zəif fiqur deyilsiniz. Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, yay aylarında və qışın sonlarında bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq. 

Onu da unutmamalısınız ki, Qabanın "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar.

Ulduzların düzümü sağlıq durumunuzun qənaətbəxş olacağını xəbər verir. Olsa-olsa, duzlaşmadan əziyyət çəkə bilərsiniz. Yeri gəlmişkən, bu il ən çox səfər və səyahət edənlər arasında bürcünüz ilk yerləri tutacaq. Bu isə passivliyinizi, daxili sıxıntılarınızı azaldacaq. Əsası odur ki, 2019-cu ildən xoş təəssüratla, başlıcası, yeni və sədaqətli dostlarla ayrılacaqsınız.

Xərçəng

Bu ilin sizin üçün ən əhəmiyyətli tərəfi odur ki, artıq dünyanın "cikinə-bikinə" bələd olacaqsınız: həyatın nəbzini tutacaq, uğursuzluqlarınızın səbəbini öyrənəcək, ətrafınızdakı insanları tanıyacaq, buraxdığınız səhvləri biləcəksiniz. 

Bu isə öz növbəsində mənfəət və nüfuz əldə etmək üçün sizə stimul verəcək. Bütün bunlar təxminən aprelin sonlarına qədər davam edəcək. Səhhətlə bağlı çətinlikləriniz ötən illə müqayisədə xeyli yaxşılaşacaq.

Yazın ortalarından fəaliyyətinizdə şaxələnmə başlayacaq. Əgər gücünüz yetməsə, onların bir neçəsindən əlinizi üzməli, daha səmərəli olanları ilə məşğul olmalısınız. Yüksək dairələrlə tanışlıq və ya işbirliyi qurmaq xeyli müvəffəqiyyətinizə səbəb olacaq.

Ailə-sevgi münasibətlərində mövcud olan problemlərin əksər hissəsini özünüz yaratdığınız üçün məsuliyyətinizi dərk etməli, qarşı tərəfin ağıllı və real fikirlərinə hörmətlə yanaşmalısınız.

Şir

Ötən ili gərgin, lakin müəyyən qədər uğurlu keçirdiyinizi göstərən ulduzlar Qabandan xeyli razı qalacağınızı bəyan edir. Oğlaq və Əkizlər bürcünün hakim olduğu dövrlər istisna olmaqla, 2019-cu ilin uğurları mütləq sizi müşayiət edəcək. Amma hər şeydən öncə bu il səhhətinizdə mövcud olan problemləri həll etməli, müalicələri gecikdirməməlisiniz. 

Əgər gümrah olmağı bacarsanız, yazın əvvəllərindən bağlı qalan qapılar üzünüzə açılacaq: həm fəaliyyət zəminində, həm maliyyə məsələsində, həm də qarşılıqlı münasibətlərdə uğurlarınız artacaq. Hətta peşənizdən asılı olaraq vəzifə pilləsində yüksələcəyiniz də gözlənilir. 

Əsası odur ki, astroloji göstəricilər gələn ili xeyli məmnun keçirəcəyinizi bildirir. Yeni dostlar qazanacaqsınız ki, onların sayəsində kifayət qədər irəliləyişlərə yetişəcəksiniz. Xəyanətkar dostlarınız da olacaq və belə hallarda onlardan uzaqlaşmaq üçün vaxt itirməyin.

Qız

İlk iki ayı nəzərə almasaq, bu il hər şeydən öncə maddi firavanlıq əldə edəcəksiniz. Aktivliyinizdən asılı olaraq borclarınızı, pula bağlı problemlərinizi kifayət qədər həll edəcəksiniz. Vəzifə pilləsində yüksəlmək üçünsə ilin ikinci yarısından yararlanın. Göy qübbəsi bu il siyasi arenaya müdaxilənizi, xaricilərlə iş birliyi qurmağınızı məsləhət görmür. Əks təqdirdə hər şey əlinizdə çıxa bilər, hətta məhkəmə qalmaqalları da mümkündür.