Lənkəranda qızıl oğruları tutuldu


Digərləri 18 Dek 2018 21:13:00 799 0

Lənkəranda qızıl oğruları tutuldu

Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ruhid Məmmədov saxlanılıb.

Şabran RPŞ-nin əməkdaşları tərəfindən isə dekabrın 15-də rayon ərazisindəki evlərin birindən 2660 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Tehran Cavadov saxlanılıb.