Bu nəhəng kitabxana 98 milyon avroya başa gəlib:


Digərləri 18 Dek 2018 20:19:00 702 0

Bu nəhəng kitabxana 98 milyon avroya başa gəlib:

Finlandiyanın paytaxtı Helsinkidə 5 dekabr tarixində Finlandiya Xalq Kitabxanası fəaliyyətə başlayıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin müstəqilliyinin 101-ci ilində açılışı edilən kitabxana 2019-cu ildən etibarən tam istifadəyə veriləcək. "Oodi" adı verilən kitabxananın tikinti və təchizatı 98 milyon avroya başa gəlib. Nəhəng bina gəmi və üzərində buz təbəqəsinə bənzəyir. 3 mərtəbədən ibarət "Oodi" kitabxanası yalnız mütaliə prosesi üçün nəzərdə tutulmayıb.

Belə ki, tikilinin ilk mərtəbəsində restoran, kinoteatr, Avropa İttifaqı İnformasiya Mərkəzi, konsert salonları yerləşir. Elektron avadanlıqlarla təchiz olunmuş ofislər, səsyazma studiyaları yerləşən 2-ci mərtəbə səs-küylü fəaliyyət növləri üçün nəzərdə tutulub. 3-cü mərtəbə isə kitablardan, oxu zallarından ibarət "kitab cənnəti"dir. "Oodi"də həmçinin tikiş maşınları, kompyuter və oyun otaqları, digər smart-əyləncə aparatları istifadəyə veriləcək, 1-10 nəfərlik qrup otaqları, konfrans zalları, müxtəlif sənət növləri üçün atelyelər, insanların elektronika alətlərini təmir edə biləcəkləri otaq və s. fəaliyyət göstərəcək. 100 kv.metrlik smart-güzgülərlə əhatələnmiş hobbi ərazisi möhtəşəm mənzərə qarşısında dincəlmək imkanı yaradır. Xalq Kitabxanasında uşaqlar üçün ərazilər, oyun otaqları, kitablar, müxtəlif fəaliyyət növləri düşünülüb. 

Klassik kitabxana fikrindən uzaq olan bu mərkəzin yaradılmasına səbəb insanların alış-veriş mərkəzlərində yox, daha faydalı, vaxtlarını səmərəli keçirə biləcəkləri məkanda dincəlmələri üçün şərait yaratmaqdır. 


Xəbərə aid fotolar