Polad Bülbüloğlu MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun sədri seçilib


Digərləri 18 Dek 2018 19:43:00 587 0

Polad Bülbüloğlu MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun sədri seçilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun sədri seçilib.

Bakı. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri seçilib. Trend-in məlumatına görə, seçki fondun idarə heyətinin Moskvada keçirilən iclasında baş tutub. Görüşdə Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar əməkdaşlıq şurasının sədri, Tacikistan prezidentinin köməkçisi Abducabor Rəhmonzadə və MDB-nin humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər. P.Bülbüloğlunu təbrik edən M.Şvıdkoy əlavə edib: "Stabillik inkişafa maneə deyil". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin