Azərbaycanın “Azerspace2” telekommunikasiya peyki sınaq orbitinə çatıb


Digərləri 18 Dek 2018 19:24:00 559 0

Azərbaycanın “Azerspace2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Azərbaycanın "Azerspace-2" telekommunikasiya peyki sınaq orbitinə çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat veriblər.

Məlumata əsasən peyki təxminən iki ay sınaq orbitində istifadə olunacaq, daha sonra yekun orbitinə - 45 dərəcə şərq uzunluğuna yerləşdiriləcək:

"Gələn ilin əvvəlində peyk "Azərkosmos"un idarəsinə veriləcək və onun kommersiya istifadəsi başlayacaq".

Qeyd edək ki, "Azerspace-2" sentyabrın 26-ı Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.