Əşrəfi-Dan Ulduzu-Aypara kəşfiyyat sahəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantı ictimaiyyətə təqdim edilib


Digərləri 18 Dek 2018 19:00:05 425 0

Əşrəfi-Dan Ulduzu-Aypara kəşfiyyat sahəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantı ictimaiyyətə təqdim edilib

Equinor şirkəti Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) Kəşfiyyat sahəsində 2-Ölçülü/3-Ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı ictimaiyyətə təqdim edir.

Bakı. Equinor şirkəti Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat sahəsində 2-Ölçülü/3-Ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı ictimaiyyətə təqdim edir. Şirkətdən Trend-ə verilən məlumata görə, 17 dekabr 2018-ci il tarixdən etibarən ƏDUA üzrə ƏMTQ sənədlərinin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib: -Equinor şirkətinin Bakıda yerləşən ofisinin qəbul şöbəsi, Ü. Hacıbəyli küç., 62, Marine Plaza biznes mərkəzi -M.F. Axundov adına Milli Kitabxana, Xaqani küç., 29 -Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Hüseyn Cavid k., 31 -Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası, Azadlıq prospekti 20