Azərbaycanda əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var


Digərləri 18 Dek 2018 17:15:46 415 0

Azərbaycanda əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var

2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8 milyard 140,0 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev - 2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8 milyard 140 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.