İranda məktəb yandı, 3 məktəbli öldü


Dünya 18 Dek 2018 16:36:00 276 0

İranda məktəb yandı, 3 məktəbli öldü

İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib. Nəticədə 3 məktəbli həlak olub, biri isə ağır yanıq xəsarəti alıb.

Son.az Trend-ə istinadən bildirir ki, İranın Sistan və Bəluçestan vilayətinin Təlim-Tərbiyə İdarəsinin baş direktoru Əlirza Nəxəi deyib ki, hadisə qızlar məktəbində baş verib.