Pərvin: "Şou əhli mənə söz ataata gündəmdə saxlayır"


Şou-biznes 18 Dek 2018 12:37:00 420 0

Pərvin: "Şou əhli mənə söz ataata gündəmdə saxlayır"

"Azərbaycanda nə evimi, nə də maşınımı satmışam"

Azərbaycanda nə evimi, nə də maşınımı satmışam. Hamısı yerindədir. İstanbuldayam, təhsilimlə məşğulam. Ən yaxşı müəllimlərdən dərs alıram.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram-da canlı yayımda olarkən deyib. O bildirib ki, İstanbulda aktrisalıq dərslərinə başlayıb:

"Rahat, sakit oynayanda bizim rejissorlar irad bildirir ki, şişirt, duyğularını qabart. Burada sakit, özün kimi oynayırsan. Burada Azərbaycanda gördüklərin keçmir. Təhsil alacam, 3 film var. Sonra bilmirəm Bakıya gələcəm, yoxsa yox. Gələcəyin qərarıdır".