İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib


Digərləri 18 Dek 2018 12:19:00 256 0

İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) PAŞA HOLDİNG “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərlinin təqdimatında “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) PAŞA HOLDİNG “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərlinin təqdimatında “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib. Trend-in məlumatına görə, Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən rektor gənclərə məsuliyyət vərdişlərinin aşılanmasında, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb. C.Məmmədov tələbələrə uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətinin peşəkarı olmaq üçün oxumaq, öyrənmək haqqında daha çox düşünməli olduqları barədə tövsiyələr verib. Rektor uğurlu yolun bilik və elmdən keçdiyini qeyd edib. PAŞA HOLDİNG “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərli “1:0 öndə başlamaq” mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi şəxsi inkişafda motivasiya, xoşbəxt və uğurlu yolların aşılanmasıdır.