Pablo Neruda Azərbaycan dilində


Digərləri 18 Dek 2018 11:35:27 427 0

Pablo Neruda Azərbaycan dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Çili şairi, Nobel mükafatı laureatı Pablo Nerudanın “Ümidsizlik nəğməsi” adlı şeirlər kitabı işıq üzü görüb.

Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Çili şairi, Nobel mükafatı laureatı Pablo Nerudanın “Ümidsizlik nəğməsi” adlı şeirlər kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, XX əsr dünya poeziyasının korifeylərindən sayılan Pablo Nerudanın əsərlərini dilimizə tanınmış şair-tərcüməçi Salam Sarvan çevirib.