Havanı çirkləndirən müəssisə cəzalandırıldı


Digərləri 18 Dek 2018 09:49:00 305 0

Havanı çirkləndirən müəssisə cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb. 

Bu barədə Son.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.