Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirildi FOTO


Digərləri 18 Dek 2018 08:23:00 580 0

Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirildi  FOTO

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, nümayişdən əvvəl Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirdi.

Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən bu sənədli film məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə edib.

Premyeradan sonra məktəbin şagirdlərinin ifasında D.Dadaşovun, S. Prokofyevin, H.Venyavskinin, Q. Qarayevin, A. Məlikovun, A. Şnitkenin, T. Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirildi. Gecə gur alqışlarla sona çatdı.


Xəbərə aid fotolar