Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirildi (FOTO)


Digərləri 18 Dek 2018 05:27:00 387 0

Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirildi (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi. Trendin məlumatına görə, nümayişdən əvvəl Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirdi. Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən bu sənədli film məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə edib.