Azərbaycan nefti ucuzlaşıb


Digərləri 17 Dek 2018 23:33:07 520 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,02 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.