Tereza Mey: "Yeni Brexit referendumu hökumətin siyasətinə sarsıdıcı zərər vuracaq"


Dünya 17 Dek 2018 23:27:00 299 0

Tereza Mey: "Yeni Brexit referendumu hökumətin siyasətinə sarsıdıcı zərər vuracaq"

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına dair ikinci referendumun keçirilməsi Britaniya hökumətinin siyasətinə düzəldilməsi mümkün olmayan zərər vuracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Tereza Meyin dekabrın 17-də Parlamentin İcmalar Palatasında nəzərdə tutulan nitqində yer alır. Press Association agentliyi bu gün Baş nazirin nitqindən bəzi hissələri dərc edib.

"Gəlin Britaniya xalqına verdiyimiz vədə xilaf çıxmayaq. Növbəti səsvermə siyasətimizin bütövlüyünə düzəldilməsi mümkün olmayan zərər vuracaq", - deyə Mey bildirir.