Roma Papası Fransisk 82 yaşını qeyd edir


Digərləri 17 Dek 2018 22:41:00 577 0

Roma Papası Fransisk 82 yaşını qeyd edir

Bu gün Roma Papası Fransiskin 82 yaşı tamam olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pontifiki ilk olaraq 90 il əvvəl Vatikanın təşəbbüsü ilə açılmış uşaq xeyriyyə dispanserinin kiçik sakinləri təbrik edib. Uşaqlar ad günü ərəfəsində Papanın qəbuluna gələrək ona böyük tort hədiyyə ediblər. Bundan öncə isə Fransisk Müqəddəs Petr meydanındakı evsizləri səhər yeməyinə çağırıb.

Roma Papası Fransisk - Jorge Mario Bergoglio 1936-cı ildə Buenos-Ayresdə italiyalı mühacir ailəsində doğulub. 21 yaşında iezuit ordeninə daxil olub. 2013-cü il martın 13-də XVI Benediktdən sonra 266-cı Roma papası seçilib.