Azərbaycanda 151 nəfər xəstəxanaya yerləşdirilib - SƏBƏB?


Digərləri 17 Dek 2018 22:00:56 548 0

Azərbaycanda 151 nəfər xəstəxanaya yerləşdirilib - SƏBƏB?

Azərbaycanda yanvar ayından indiyədək 151 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda yanvar ayından indiyədək 151 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb. Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.