Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb


Dünya 17 Dek 2018 21:32:00 373 0

Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb

Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.

Son.az "report"-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

"Səsvermə öncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm", - deyə hökumət başçısı qeyd edib.