“Aqrar Tədarük və Təchizat”a sədr təyinatı


Digərləri 17 Dek 2018 17:29:00 502 0

“Aqrar Tədarük və Təchizat”a sədr təyinatı

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.

Qeyd edək ki, A.Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.