Falçılar ördək oğurlayarkən saxlanıldılar


Digərləri 17 Dek 2018 17:09:00 302 0

Falçılar ördək oğurlayarkən saxlanıldılar

Cəlilabadda polis əməkdaşları tərəfindən fala baxmaq adı ilə həyətlərə daxil olaraq oradan ev quşlarını oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 15-də gecə saatlarında Cəlilabad şəhəri M. Hüseyn küçəsində əllərində 6 ədəd ördəklə hərəkət edən 2 nəfərin şübhəli davranışları xidmətdə olan post-patrul xidməti əməkdaşlarının diqqətini cəlb edib. Həmin şəxslər ev quşlarının onlara fala baxmaları müqabilində nəzir kimi verildiyini desələr də RPŞ-yə dəvət edildikdən sonra burada artıq oğurluq etdiklərini etiraf ediblər.

Səhər saatlarında sözügedən ərazidə yaşayan B.Mikayılov adlı şəxs həyətindən 6 ədəd ördəyin oğurlanması ilə bağlı polisə müraciət edəndə artıq şöbəyə gətirilən Yevlax rayon sakinləri Sadiq Bukavadze və Rəfail Bəkirov törətdikləri əməli etiraf etmişdilər.