Nazir müavini: "Dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb"


Digərləri 17 Dek 2018 13:50:00 420 0

Nazir müavini: "Dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb"

Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemlərinin qurulmasının əsasları" adlı tədbir zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

O bildirib ki, bu qanun layisəhi artıq müvafiq orqanlara göndərilib.

Nazir müavini qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq ekspertlərin məsləhətləri nəzərə alınıb, eləcə də bu sahədə ekspertlərlə müzakirələr aparılıb.