Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi VİDEO


Digərləri 17 Dek 2018 13:08:40 385 0

Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi  VİDEO

Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib.

Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bir sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma etirazlarını müxtəlif formada bildirib. Nərmin Şahmarzadə özü isə şəxsi Facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə görə peşman olmadığını və sözünün üstündə dayandığını bildirib.

Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova etirazını bildirib. O, psixoloqun məhkəməyə verməyin lazımlığını bildirib.

"Onu məhkəməyə vermək lazımdır. Nəyi gözləyirik? Kimsə çorəyimizi yeyərək, suyumuzu içərək bizim qəhrəmanlıq simvolumuzu qatil adlandırır? Düşmənimizə ürəyi yanır? Getsin o erməni otursun Ermənistanda ürəkyananlıq eləsin", - Şəhid anası etirazını bildirib.

Son.az femida.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.