Şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı yeni qanun hazırlanır


Digərləri 17 Dek 2018 12:31:00 292 0

Şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı yeni qanun hazırlanır

Sabitliyə əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şuradının sədri, millət vəkili Əflatun Amaşov "Dini qurumlar və sosial media" adlı konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır: "Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələr vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışır. Radikal dini cərəyanlar da əlavə problem yaradır".