Azərbaycanda avtomobillərin bahalaşması sürətlənəcək


Digərləri 17 Dek 2018 12:02:51 392 0

Azərbaycanda avtomobillərin bahalaşması sürətlənəcək

Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq.

Son.az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırılması nəzərdə tutulub: "Avtomobillərin mühərrikin həcmi 2000 kub.sm-dək olduqda mühərrikin həcminin hər kub.sm-ə görə aksiz vergisi 0,20 manatdan 0,30 manatadək yüksəldilib. Bu göstərici 3000 kub.sm-dək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə isə 3 manat idisə gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur. Dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilir.