Nazir müavini: "Azərbaycanda məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur"


Digərləri 17 Dek 2018 12:08:00 312 0

Nazir müavini: "Azərbaycanda məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur"

Sovet İttifaqı dövründə Azərbaycanda hüquq sistemində qanunun aliliyi təmin olunmurdu və hüquqları təmin edən müstəqil məhkəmə hakimiyyəti mövcud deyildi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyətə xas Məhkəmə - Hüquq Şurası, məhkəmə-hüquq sistemi yaradılıb.