Namiq Aygünün adını çəkməkdən qorxdu: "İstəmirəm..." VİDEO


Şou-biznes 17 Dek 2018 11:54:00 629 0

Namiq Aygünün adını çəkməkdən qorxdu: "İstəmirəm..."  VİDEO

Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə təbrik edib

Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə təbrik edib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Namiq Kazımova ilə bağlı suala adını çəkmədən cavab verib. O, Aygünün adını çəkəndə qalmaqal yaşandığını söyləyib:

"Bütün uğurlu işləri təbrik etməyə dəyər. Eyni zamanda, dediyiniz məsələ də, doğrudan, qürurvericidir. Təbrik olunası gözəl bir işdir. Sadəcə, ad çəkmirəm ki, saytlar götürür lazımsız şeylər edir. Ona görə o mövzulara girmək istəmirəm. Təbi ki, Azərbaycanın adı yaxşı yerlərdə hallanırsa, bu, bizim fəxrimizdir".