Gələn il AZ 7.62 və EM14 avtomatlarının istehsalına başlanılacaq


Digərləri 17 Dek 2018 08:26:00 315 0

Gələn il AZ 7.62 və EM14 avtomatlarının istehsalına başlanılacaq

Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağı təminatını verir. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış AZ 7.62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq.

Son.az bildirir ki, bu fikirlər Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yer alıb.