Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar...


Digərləri 17 Dek 2018 07:48:00 389 0

Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar...

"Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir. İnsanlar zağcaları qarğaya oxşadırlar və buna görə də hesab edirlər ki, Bakıda qarğaların sayı artıb".

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.

O bildirib ki, Bakının mərkəzində insanların çox sayda gördükləri və qarğa sandıqları quşlar əslində qarğa deyil, qarğalar fəsiləsinə aid olan zağcalardır:

"Bu quşlar elə qarğaya bənzər səs çıxarırlar. Zağcalar Rusiyada kütləvi yuvalayan quşlardır, Azərbaycanda isə onlara yalnız düzən ərazilərdə az miqdarda rast gəlinir".

E.Sultanov qeyd edib ki, Bakının mərkəzində - parklarda, binaların damlarında və s. yerlərdə gördüyümüz zağcalar Azərbaycana oktyabrın əvvəllərində Rusiyadan gəlir və fevralın sonu, martda geri qayıdırlar: