Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar...


Digərləri 17 Dek 2018 07:45:00 323 0

Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar...

Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir.

Bakı. İlhamə İsabalayeva - “Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir. İnsanlar zağcaları qarğaya oxşadırlar və buna görə də hesab edirlər ki, Bakıda qarğaların sayı artıb”. Bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib. O bildirib ki, Bakının mərkəzində insanların çox sayda gördükləri və qarğa sandıqları quşlar əslində qarğa deyil, qarğalar fəsiləsinə aid olan zağcalardır: “Bu quşlar elə qarğaya bənzər səs çıxarırlar. Zağcalar Rusiyada kütləvi yuvalayan quşlardır, Azərbaycanda isə onlara yalnız düzən ərazilərdə az miqdarda rast gəlinir”. E.Sultanov qeyd edib ki, Bakının mərkəzində - parklarda, binaların damlarında və s. yerlərdə gördüyümüz zağcalar Azərbaycana oktyabrın əvvəllərində Rusiyadan gəlir və fevralın sonu, martda geri qayıdırlar: