Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb


Dünya 17 Dek 2018 07:28:00 527 0

Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb

Fransada dekabrın 15-i keçirilən "sarı jiletlər" etiraz aksiyası zamanı 351 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, saxlanılanlardan 242 nəfəri nəzarət altında saxlanılır. Daha əvvəl təxminən 180 nəfərin saxlanıldığı, 9 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-i Fransada "sarı jiletlər"in 5-ci etiraz aksiyası keçirilib. Etiraz aksiyalarında 33,5 min insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.