Eynək, yoxsa əməliyyat? Araşdırma


Digərləri 16 Dek 2018 23:39:00 272 0

Eynək, yoxsa əməliyyat?  Araşdırma

Göz zəifliyinin sürətli yayıldığı bir dövrdə bu suala cavab axtaran xeyli sayda gənc var 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"6 yaşımdan eynəkdən istifadə edirəm. Əvvəllər "alim"ə, "professor"a bənzədildiyim üçün eynək taxmaq özümə də maraqlı gəlirdi. Yaş ötdükcə, bu fikirlərim dəyişdi. Əməliyyat üçün müraciət etdikdə isə həkim "əgər eynəklə görə bilirsənsə, əməliyyata ehtiyac yoxdur, "zəiflikdə ən yaxşı görmə üsulu elə eynəkdir" dedi".

Zeynəbə həkim gözünü əməliyyat etdirməyə icazə verməyib. Həyatının sonuna qədər eynək, linzalardan istifadə edəcək.

Güneldə isə, tam əksinə. Həkimi göz əməliyyatının təhlükəsiz olduğunu bildirib. Lakin onu bir sual maraqlandırır. Əgər əməliyyat təhlükəsiz üsuldursa, həkim özü nə üçün eynəklidir?

Göz zəifliyinin sürətli yayıldığı bir dövrdə əməliyyatların da sayı və üsulları artıb. Bəs nə etməli? Eynəklərə əlvida deyək, yoxsa taleyimizlə barışaq?

Göz həkimləri nə üçün eynək taxır?

Professor Mehmet Gülən deyir ki, lazer əməliyyatı dünyada ən çox yayılan və etibarlı əməliyyat növü olsa da, hamıya tətbiq olunmur. Həkimin sözlərinə görə, 18 yaşına çatmayan insanlarda bu əməliyyatın aparılması düzgün deyil: "Miyop, hipermetropiy, astigmat xəstəliklərinin müalicəsində cərrahiyyədə ən çox istifadə edilən üsul lazerdir. Bir çox insanlar bu üsulla eynəkdən və göz zəifliyindən birdəfəlik xilas ola bilərlər. Düzdür, "lazer etibarlı üsuldursa, nə üçün həkimlər eynək taxır" deyən xəstələrlə biz də tez-tez rastlaşırıq. Necə ki, bir fidanı böyüdərkən torpağa, işığa, günəşə yaxın ən uyğun yer axtarılırsa, lazer üçün də gözdə uyğunluq vacibdir. "Mən lazer əməliyyatı olmaq istəyirəm" deyə gələn hər xəstəyə bu müalicə tətbiq edilmir. Bu müalicəni xəstəmizə tətbiq etməyimiz üçün ilk şərt yaşının 18-dən yuxarı olması və eynək, linzadan istifadə etməsidir. Sonra gözün zəiflik dərəcələrinin son 1 ildə çox dəyişməmiş olması, kornea toxumasının qalınlığının uyğunluğu, diabet, revmatizm kimi sistematik xəstəliyinin olmaması, gözlərində başqa hər hansı bir xəstəliyin (kornea sivriləşməsi, göz təzyiqi və s.) varlığı araşdırılır. Lazer üçün gələn xəstə bu şərtlərə uyğun deyilsə, əməliyyat edə bilmərik. Yəni, həkimin eynək taxması lazerin etibarlı olmaması demək deyil, həkimin gözlərinin həmin əməliyyata uyğun olmamasıdır".