Aya Sofya məscidini Nuhun gəmisi ilə nə bağlayır? FAKTLAR


Digərləri 16 Dek 2018 23:03:00 264 0

Aya Sofya məscidini Nuhun gəmisi ilə nə bağlayır?  FAKTLAR

Nuhun tufanı barədə bir çox tarixi və dini kitabda məlumatlar var. Bu günə qədər də alimlər gəminin hansı dağa dəyib dayandığı barədə müzakirələr aparırlar. Əksər alimlər bu ərazini Türkiyə ərazisindəki Ağrı dağ kimi göstərir. Son dövlər aparılan araşdırmalar zamanı isə İranda da bir dağda, 4000 min metr hündürlükdə gəmi taxtaları tapılmışdı.

Övliya Çələbinin "Səyahətnamə" əsərinə əsasən isə, Nuhun gəmisinin taxtalarından Aya Sofya məscidinin qapıları düzəldilib. Son.az bildirir ki, bu barədə "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Aya Sofya məscidinin qapıları Nuhun gəmisinin taxtlarından düzəldilib. Nuhun gəmisi də Qabarday (Kabarda-Balkarya) diyarında yerləşirmiş.

Bununla bağlı məlumat Övliya Çələbinin "Səyahətnamə"sində yer alır. O, əsərinin bir yerində belə yazır:

"Ayasofya məscidinin 101 ədəd qapısının taxtaları Həzrət-i Nuh gəmisi lövhələridir ki, Mosul şəhri yaxınında Cudi Dağında Nuhun gəmisi oturduğunda taxtaları buradan getirip İstanbulda Aya Sofya Kilsəsinin qapılarını gəmi taxtalarından inşa etmişdilər".

Səyyaha görə, "Cudi Dağına Nuhun gəmisi oturduqtan sonra dəniz dalğaları ilə gəmi parçaları bu Qabarday diyarına gəlmişdir. Beş Dağdakı gəmi taxtası bundan idi".