Köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib


Digərləri 16 Dek 2018 22:53:00 247 0

Köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib

Astarada qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.

Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.