Məşhur alimdən çörək, şəkər, duz və kəlləpaça ilə bağlı XƏBƏRDARLIQ


Digərləri 16 Dek 2018 21:10:00 299 0

Məşhur alimdən çörək, şəkər, duz və kəlləpaça ilə bağlı XƏBƏRDARLIQ

"Bir meyvə yedikdən sonra 5 kilometr qaçmalısan ki, toksik təsirini orqanizmdən çıxarasan. Kənd təsərrüfatı zəhəriylə yetişdirilən meyvələri yeməyin. Almalarda mineral qalmayıb. Uşaq başı boyda alma olmaz. Onları almayın. Ən sağlam meyvə zeytundur".

Son.az xəbər verir ki, bu sözləri məşhur kardioloq və professor Canan Karatay iştirak etdiyi bir konfransda deyib. Karatay bildirib ki, şəkər hüceyrələrə zərər verir, şəkər xəstəliyi, köklük, altsheymer, depressiya, parkinson və xərçəng xəstəliklərinə səbəb olur. Hamilə xanımlarda şəkər xəstəliyinin müayinəsi üçün edilən şəkər yükləməsi üsulunu tənqid edən Karatay sözlərinə belə davam edib:

"İndi hamilələrə şəkər yükləməsi edirlər. Şəkər yüksəlməsi qaraciyər yağlanması, altsheymer və köklüyə səbəb olur. Bu, qadağan olunmalıdır. Zavallı qadınlara bu yüklənərmi? Şəkər xəstəliyi müayinəsinin başqa yolları var".

Çörəyin də ən şirin zəhər olduğunu, beyni keyləşdirdiyini, bədəndəki triqliseridi qaldırdığını, aclıq hissi yaratdığını bildirən Karatay rəfinə edilmiş unlarda aminopeptin şəkəri olduğunu və insan metobolizmasında bunu həzm edəcək ferment olmadığını ifadə edib:

"Çörək müqəddəs deyil, onu yemək olmaz?" sualı tez-tez mənə müraciət edirlər. Əgər sağlam olmaq istəyirsinizsə, yeməyəcəksiniz".

Karatay 2 ağ məhsulun (un və şəkər) səbəb olduğu problemlərin genetik deyil, tamamilə qarşısı alınan xəstəliklər olduğunu vurğulayıb. Bu növ xəstəliklər son 20-30 il ərzində göbələk kimi artıb. Gənclərin əzələ yığmaq üçün istifadə etdikləri proteinlərin də zərərli olduğunu dilə gətirən Karatay dərmanlı meyvələr orqanizmdə triqliseridi yüksəltdiyini etiraf edib:

"Mən tacir və istehsalçı deyiləm. Lakin həkim və feldşer kimi deməliyəm ki, meyvə şəkəri də uşaqlarda qaraciyəri yağlandırır. Uşaqlar indi kökdür. Onlar ki, alkoqollu içki qəbul etmir. Çörək, dondurma, tost, cipsi, makaron, vafli yeyib üstündən də kola, buzlu çay içirlər.

Podaqra xəstəliyi şəkər zəhərlənməsinin əlamətidir, səbəbi qırmızı ət deyil. Meyvə suyu və fruktoza da podaqra xəstəliyinə gətirib çıxarır. Təzə sıxılmış olsa da, meyvə suyu zərərlidir. Altsheymer, autizmin, parkinsonun, iflicinin, oynaq ağrılarının təməlinin qoyulmasına səbəb olur.