BP 2019-cu il üçün Azərbaycanda yeni buruqların qazılması ilə bağlı planlarını açıqlayıb (ÖZƏL)


Digərləri 16 Dek 2018 18:01:00 284 0

BP 2019-cu il üçün Azərbaycanda yeni buruqların qazılması ilə bağlı planlarını açıqlayıb (ÖZƏL)

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb

Bakı. Sara İsrafilbəyova - BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb. Bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – "Şəfəq-Asiman" yatağında, digəri isə "Qobustan" onşor yatağında qazılacaq. B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.