"Nərmin kimilər azdır, ancaq..."


Digərləri 16 Dek 2018 17:21:00 240 0

"Nərmin kimilər azdır, ancaq..."

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim.

Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm.

Son.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

"Təəssüf ki, Nərmin nümunəsi birinci dəfə deyil. Yaxud yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq", - deyə deputat fikrini izah edib. 

Daha sonra "onlar azdır, barmaqla sayılan qədərdilər, ancaq onlar var" deyən Aydın Mirzəzadə bunları söyləyib: 

"Sanki, onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər.